Ermənistan parlamentinin nümayəndə heyəti Xankəndiyə göndəriləcək.
Unikal.org xəbər verir ki, bu barədə erməni spikerin “Ermənistan Respublikası Milli Məclisi deputatının fəaliyyətinin təminatları haqqında” sərəncamında qeyd olunub.
Əldə olunan məlumata görə, erməni deputatlar Qarabağdakı separatçı tör-töküntüsünün qeyri-qanuni “deputatları” ilə birgə “parlament dinləmələri” keçirəcəklər.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Qarabağa qeyri-qanuni səfərlərinin davam edəcəyi halda sərt addımlar atacağını bildirib.




