Co Bayden administrasiyası Rusiyaya sanksiya tətbiq etmək istəmir, amma Vaşinqtonun qərarı Moskvadan asılıdır.
Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfiri Con Sallivan deyib.
“Mən onun Putinlə iyun ayında söhbətlərindən bilirəm ki, bu, qətiyyən Prezident Baydenin Rusiyaya qarşı sanksiyaları davam etdirmək istəyi deyil. Hər şey Rusiya, ABŞ və onun müttəfiqlərindən, sanksiya tətbiqinə gətirib çıxaran bəzi məsələlərin həllindən asılıdır”, – Sallivan bildirib.




