"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

FHN azad olunmuş ərazilərin yaxınlığında yaşayan sakinlərə müraciət edib

07 Dekabr 2021 - 17:47
in FLƏŞ

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərdə müharibənin təhlükəli qalıqları ilə bağlı vətəndaşlara müraciət edib.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Müraciətdə deyilir:

“44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızı azad etdikdən dərhal sonra mina və partlamamış hərbi sursatlarla yüksək dərəcədə çirklənmiş ərazilərin təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu əməliyyatlarda aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir. Ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.

Bununla belə, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. Bununla bağlı səbr, təmkin göstərən, hər şeydən vacib olan təhlükəsizlik məsələlərinə anlayışla yanaşaraq dövlətin müəyyən etdiyi qaydalara diqqət və hörmətlə yanaşaraq işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni səfərlərdən çəkinən hər bir vətəndaşımıza təşəkkür edirik.

Təəssüflə qeyd edirik ki, mina və partlamamış hərbi sursatlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən kustar üsulla hazırlanmış çoxsaylı partlayış təhlükəli əşyalara da rast gəlinir. Belə ki, müxtəlif təyinatlı və fərqli əşyaların (məişət, təsərrüfat əşyaları, uşaq oyuncaqları və s.) içərisinə yerləşdirilmiş partlayıcı maddələr kiçik toxunuşla böyük faciələrə yol aça bilir. Bu tip əşyaların ən böyük təhlükəsi isə onların xarici görünüş baxımından aldadıcı olması, bir çox hallarda uşaqlar üçün cəlbedici və maraqlı görünməsidir. Müxtəlif meteroloji amillərin təsiri nəticəsində, o cümlədən lokal sel və daşqınların gətirməsi ilə belə əşyalara işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrinin ətrafında da rast gəlinir”.

Qeyd olunanları nəzərə alaraq, FHN işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlara müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal nazirliyin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.

Bildirilib ki, xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan-İran dövlət sərhədində atışma olub

Next Post

Ermənistan parlamentində əlbəyaxa dava – Video

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Ermənistan parlamentində əlbəyaxa dava – Video

Ermənistan parlamentində əlbəyaxa dava - Video

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.