"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı məcburetmə əməliyyatına bu vaxt başlayacaq

08 Dekabr 2021 - 15:23
in SİYASƏT

Azərbaycan yeni müharibəyə və ya ən azı, Ermənistanı dövlət sərhədi xəttinin müəyyənləşdirilməsinə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bunu Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan cəmiyyətində bir müddət öncə Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindən Ermənistana qarşı hərbi təzyiq olmadan açılacağına əminlik mühiti mövcud idisə, bu gün artıq belə gözləntilər yoxdur və Prezident İlham Əliyevin bu mövzuda dünənki bəyanatı insidentlərin bu cür transformasiyasını yalnız təsdiq edir.

“Mən əminəm ki, Prezident Əliyevin Zəngəzur nəqliyyat dəhlizinin açılışının dəqiq tarixi barədə sualı Ermənistan tərəfindən cavabsiz qalacaq. Hətta bu sual heç dekabrın 15-də Brüsseldə Baş nazir Paşinyanla görüş zamanı da cavablanmayacaq. Brüssel Bakının yox, İrəvanın meydanıdır. Bu görüşü səbirsizliklə gözləyən də məhs Ermənistandır. Artıq hamıya bəlli olur ki, İrəvan öz xoşu ilə üçtərəfli sazişin tələblərini yerinə yetirmək istəməyəcək”, – deyə həmsöhbətimiz qeyd edib.

Kuznetsovun fikrincə, mövsümi təbii-iqlim şəraitinə və ərazinin xarakterinə görə Zəngəzur istiqamətindəki istənilən hərbi fəallıq çox çətin olacaq:

“Dağlarda, qış aylarında yayla müqayisədə hərbi əməliyyat aparmaq ikiqat, üçqat mürəkkəbdir. Buna görə də “Zəngəzur dəhlizinin açılmasına məcburetmə əməliyyatı”nın fəal fazasını gözləmirəm.

Bütün bunlarla yanaşı, əgər Ukrayna ətrafında hərbi-siyasi gərginlik qış aylarında öz pik nöqtəsinə çatsa, dünyanın diqqəti məhz bu regiona yönələcək. Bu halda Azərbaycan bu “səs-küy”dən istifadə edərək Zəngəzur məsələsini birdəfəlik həll edə bilər. Qışa, çətinliyə baxmayaraq, Azərbaycan Ordusu bu missiyanı da layiqincə yerinə yetirə biləcək. Azərbaycan Ordusu istənilən yerdə, istənilən hava şəraitində hərbi əməliyyatlar teatrı çərçivəsində döyüşlər aparmaq üçün kifayət qədər təchiz edilib və hazırlanıb.

Onu da qeyd edim ki, İlham Əliyev hazırda bir sözü ilə regionun taleyini dəyişə biləcək yeganə şəxsiyyətdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sahibə Qafarova Türkiyəyə getdi

Next Post

Mədət Quliyev bu idmançılara 5 otaqlı mənzil verəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Mədət Quliyev bu idmançılara 5 otaqlı mənzil verəcək

Mədət Quliyev bu idmançılara 5 otaqlı mənzil verəcək

Prezident İlham Əliyevdən Ermənistana şərt – VİDEO

Prezident İlham Əliyevdən Ermənistana şərt - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.