Moskvada Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorkyan rusiyalı həmkarı Andrey Rudenko ilə görüşüb.
Elchi.az xəbər verir ki, Rusiya XİN ikitərəfli münasibətlərin müzakirə olunduğunu bildirib.
Qeyd edək ki, bu gün Moskvada “3+3” formatı üzrə nazir müavinlərinin ilk görüşü keçiriləcək. Görüşdə Azərbaycanı Xələf Xələfov təmsil edir.




