İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər müəyyən ediləcək.
Elchi.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi istiqamətində təkliflərini hazırlayacaq.




