Rusiya ordusu tezliklə kamikadze dronlarla silahlanacaq.
Elchi.az xəbər verir ki, bunu ZALA AERO şirkətinin baş konstruktoru Aleksandr Zaxarov deyib.
Onun sözlərinə görə, dünyada baş verən son münaqişələr sübut edib ki, PUA-lar zirehli texnikalara, infrastruktur obyektlərinə və düşmən canlı qüvvəsinə qarşı yüksək effektivliyə malikdir.
Zaxarov bildirib ki, kamikadze-dronların hazırlanmasını “Kalaşnikov”un törəmə şirkəti həyata keçirib.
Zaxarov dronlarının qiymətinin nə qədər olacağını deməyib.





