Siyasi məhkəmə çəkişmələrində jurnalist və ictimai xadimin bu biabırçı hökmü anqlo-sakson tandeminin dünyagörüşünün növbəti təzahürüdür.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.
“Britaniya Ali Məhkəməsinin Assanc qərarı utancvericidir. Qərb Beynəlxalq İnsan Hüquqları Gününü və “Demokratiya sammiti”nin başa çatmasını layiqincə qeyd etdi”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Ali Məhkəməsi “Vikiliks”in rəhbəri Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı qərar verib.





