“Qalatasaray”ın müdafiəçisi Markao Avropa klublarının maraq dairəsinə düşüb.
Braziliyalı futbolçunun cari mövsümdəki performansı diqqətdən qaçmayıb.
Xüsusən də, İtaliya təmsilçiləri “Roma” və “Napoli” 25 yaşlı mərkəz müdafiəçisi ilə arxa xətti gücləndirmək fikrindədir. Bunu nəzərə alan İstanbul nəhəngi Markaoya qiymət də qoyub. “Cim-bom” aparıcı futbolçusunu 25 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, “Qalatasaray” Avropa Liqasının qrup mərhələsində qapısında cəmi 3 qol görüb. Komandanın səfər matçlarında qapısının toxunulmazlığını qorumasında Markaonun rolu danılmazdır.






