"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hikmət Babaoğlu: “Yeni qanun layihəsi media məsuliyyətini artırır”

11 Dekabr 2021 - 14:40
in GÜNDƏM

“Cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu artdıqca bu münasibətlərin yeni qanunlarla tənzimlənməsi də aktuallaşır. “Media haqqında” yeni qanun layihəsinin ortaya çıxması da bu zərurətdən yaranıb”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırkı mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib: “İnformasiya əlahiddə bir vasitəyə çevrilib. O, fərdin sosial kimliyini formalaşdıran əsas təsirlərdən birinə çevrilməklə bərabər həm də sosial-siyasi münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai məsuliyyət problemi də gündəmə gəlir. Eyni zamanda, media qurumları, yaxud təmsilçilərinin qlobal informasiya məkanında informasiya təhlükəsizliyi kontekstində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Belə olan halda media azadlığı və məsuliyyəti tandem təşkil etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini yaradır. “Media haqqında” qanun layihəsinə nəzər saldıqda bütün bunların qanun çərçivəsində xüsusi fəaliyyət kimi təşkil olunmasının hüquqi əsaslarını görürük. Məsələ ondadır ki, bu günə qədər müvafiq sahədə qanunvericilik bazası qismində çıxış edən “Kütləvi informasiya vasitələri haqqında” qanuna 79 dəfə dəyişiklik etsək də arzuolunan effektə nail ola bilməmişik. Çünki sistemli və kompleks yanaşma olmadan bu həssas və strateji sahəni nizamlamaq mümkün deyil. Elə təqdim olunan qanun layihəsinin ən əsas xüsusiyyətlərindən biri də məhz sistemli olması və əsas zəruri istiqamətləri tam əhatə etməsidir. Buraya dövlət –media münasibətlərinin tənzimlənməsindən tutmuş media subyektlərinin fəaliyyət prinsiplərinə qədər geniş münasibətlər sistemi daxildir. Ən əsası isə odur ki, bu münasibətlər sisteminin formalaşmasında hər hansı dövlət müdaxiləsi nəzərdə tutulmur. İstər çap mediasının, istərsə də elektron medianın tam sərbəst fəaliyyəti üçün qanuni təminat yaranır”.

H. Babaoğlunun sözlərinə görə, yeni qanun layihəsi nəzərdə tutduğu müddəalarla media məsuliyyətini artırır: “Media reyestrinin yaradılması, jurnalist anlayışının yenidən tanımlanması, sosial medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə effektiv hüquqi münasibətlərin tənzimləməsi baxımından əhəmiyyətlidir. Yəni yeni qanun layihəsi məzmun etibarilə əhatəli, hüquqi məntiq və texnika, konkret və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda zəncirvari qəza olub

Next Post

Deşam PSJ variantından danışdı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Deşam PSJ variantından danışdı

Deşam PSJ variantından danışdı

Akif Qurbanov: “Omicron” ştammı “Delta”dan daha çox yoluxucudur”

İranda son sutkada koronavirusdan 58 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.