İranda ötən sutka ərzində 58 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 661 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 681 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 152 524 nəfərə çatıb.






