“Hazırda ölkədə 120-130 min yaşayan əcnəbi var”.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, bura həm də 15 günə qədər qısamüddətli ölkəyə səfər edənlər aiddir:
“Bildiyiniz kimi, əcnəbilər 15 gündən artıq qalanda olduğu yer üzrə qeydiyyatdan keçməlidilər. Təxminən 12-13 faiz əcnəbi 15 günə qədər ölkədə qalan kontingentindir. Digərləri isə ölkədə müvafiq yaşama icazələri və yaxud qeydiyyata düşməklə yaşayan şəxslərdir”.





