Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən , Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təş kil edəcək. Nisbi rütubət 60-70 % olacaq.






