Çinin Şandun əyalətinin Yantay şəhəri sahillərində “Tianfeng 369” tipli yük gəmisi batıb.
Elchi.az xəbər verir ki, hadisə zamanı gəmidə olan 14 ekipaj üzvündən 9-u ölüb, 2-si itkin düşüb, 3-ü isə xilas edilib.
Çin Nəqliyyat Nazirliyinin “Beihai” Xilasetmə Bürosunun yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı yerli vaxtla saat 04:43-də bildiriş alınıb.
Daha sonra bölgəyə xilasetmə əməliyyatı üçün helikopter və gəmi göndərilib.
İtkin düşən 2 ekipaj üzvünün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.





