Sabah Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşəcək.
NATO-nun saytının verdiyi xəbərə görə, səfər zamanı Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.
Azərbaycan Prezidenti və Baş katib görüşdən sonra NATO qərargahında mətbuat konfransı keçirəcəklər.






