ABŞ-ın “Taym” jurnalı “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Maskı “İlin adamı” elan edib.
Bu barədə jurnalın Yutub kanalında canlı yayım zamanı elan olunub.
“Bu insanın Yer planetindəki həyata və ola bilsin ki, ondan sonrakı həyata qeyri-adi təsiri var. İqlim dəyişikliyinin ekzistensial böhranından, bərabərsizlik problemlərindən mümkünlüyün yeni sərhədlərinə qədər heç kim bu ilin mövzularını 2021-ci ilin adamı İlon Maskdan daha yaxşı təcəssüm etdirə bilməz”, – jurnalın baş redaktoru Edvard Felzental bildirib.





