Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın əvvəlindən ilk dəfə olaraq 1 400 ABŞ dollarını ötüb.
14 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 425 dollar təşkil edib.






