Qazaxıstanın Şimkənt hava limanının elektron poçtuna hava limanında bomba olması ilə bağlı məktub daxil olub.
Elchi.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Məlumata görə, dərhal insanların təxliyəsinə başlanılıb, vəziyyət nəzarət altındadır.
Maraqlıdır ki, təxminən eyni vaxtda Moskva-Maqadan reysi ilə uçan təyyarənin və Yujno-Saxalinsk hava limanının da minalanması barədə xəbərlər yayılıb.





