Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün pensiyaların, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatdırılıb.
DSMF-dən Elchi.az-a verilən xəbərə görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.





