ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 2% azalaraq 1 barelə görə 73,52 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,1% azalaraq 70,86 dollar təşkil edib.






