Meyiva bazar günü axşam Yohannesburqdan 20 km aralıda yerləşən Veslurus qəsəbəsində güllələnib.
Zərərçəkən xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə start verən polis hətta cinayətkarların izini tapmaqda kömək edənə təxminən 13,5 min dollar mükafat ayırıb. Polis idarəsinin ilkin qənaətinə görə, hadisə mübahisə zəminində baş verib.
İzahatda deyilir: “Biz hadisə ilə bağlı cinayətkarları tapmaq üçün ən kiçik bir məlumat verən şəxsə mükafat verəcəyik. İnsidentin baş verdiyi evdə 7 nəfər olub. Şübhəli bilinən iki nəfər evə daxil olub, bir nəfər küçədə keşik çəkib. Sonra 3 nəfər hadisə yerini tərk edib”.
Meyivanın şərəfini qoruduğu “Orlando Payrets” klubunun rəhbərliyi, həmçinin oyundaşları futbolçunun faciəli şəkildə ölümündən təsirləndiyini bildirib və ailəsinə başsağlığı verib.




