Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi SABAH “Açıq mikrofon” aksiyası çərçivəsində Şəmkir rayonunda sahibkarlarla görüş keçirəcək.
Qurumdan Elchi.az-a verilən məlumata görə, Şəmkir şəhəri, Heydər Əliyev prospektindəki Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq aksiyada “Azəriqaz”ın rəhbər şəxsləri sahibkarları maraqlandıran sualları cavablandıracaq.
“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.




