Səhnəarxası söhbətlərdə alman hakimiyyətinin nümayəndələri çox vaxt Kiyevin maraqlarına məhəl qoymurlar. Buna görə də Ukrayna diplomatları müəyyən məsələləri açıq şəkildə qaldırmağa məcbur olurlar.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
Səfir bildirib ki, alman diplomatlarına “xahiş edirəm, dəstək olun, belə bir hal var” dedikdə, çox vaxt eşitdiyimiz cavab bu olur: “Yaxşı, yaxşı, gəldiyiniz üçün təşəkkür edirəm, amma bizdə belə bir xətt var, onu dəyişdirməyəcəyik”.
Ukrayna səfirinin sözlərinə görə, Almaniya köhnə standartlar və nümunələrlə yaşayır:
“Eyni zamanda hər şeyi gizli şəkildə, qapalı ofislərdə edirlər və mühüm qərarlar dar dairədə qeyri-ictimai şəkildə qəbul edilir”.





