Əli Əsgərov Bakı İdman Sarayına direktor təyin olunub.
Report xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.
O, yeni təyinatadək Azərişıq ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.





