"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İcbari tibbi sığorta tariflərinin hesablanması Qaydası təsdiqlənib

24 Dekabr 2021 - 18:54
in CƏMİYYƏT

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası təsdiq edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərarla təsdiq edilmiş Qaydaya uyğun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Qərar 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasında aşağıdakı anlayışlardan istifadə olunur:

– aktuar hesablamalar – bu Qaydaya uyğun olaraq aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablamalar;

– birbaşa xərclər – tibbi xidmətlər üzrə bilavasitə xidmətin göstərilməsi ilə əlaqədar istifadə olunan əmək və maddi-texniki resurslara çəkilən xərclər;

– dolayı xərclər – tibbi xidmətin göstərilməsi ilə bilavasitə əlaqəli olmayan, lakin tibb müəssisəsinin fəaliyyətini şərtləndirən digər resurslara çəkilən xərclər;

– tibbi sərfiyyat malları – tibbi xidmətin göstərilməsi üçün zəruri olan və birdəfəlik istifadəsi nəzərdə tutulmuş sərfiyyat materialları;

– tibbi xidmətlərin tarifi – tibbi xidmətin göstərilməsinə çəkilən birbaşa və dolayı xərclərdən, habelə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan marjadan və qanunla müəyyən edilmiş vergi və icbari ödənişlərdən ibarət olan qiymət;

– marja – Qanuna əsasən icbari tibbi sığortada iştirak etmək hüququna malik olan qeyri-dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri üzrə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan mənfəət və ya dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin maddi-texniki bazasının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nəzərdə tutulan əlavə;

– orta davametmə müddəti – tibbi xidmətin göstərilməsinə orta hesabla sərf olunan zaman intervalı.

Bu Qaydanın məqsədləri üçün nəzərdə tutulan marja tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa əməkhaqqı məsrəflərinin 15 faizi həcmində müəyyənləşdirilir.

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclərin artımı 30 faizi keçdiyi hallarda müvafiq aktuar hesablamalar aparılmaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində tariflərə yenidən baxılır və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilir.

Qeyd edilib ki, bu qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum olub

Next Post

Gürcüstanda daha 19 nəfər Omicron ştamına yoluxub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gürcüstanda daha 19 nəfər Omicron ştamına yoluxub

Gürcüstanda daha 19 nəfər Omicron ştamına yoluxub

“Ölkədə qanunvericilik institutu yaradılmalıdır”

“Ölkədə qanunvericilik institutu yaradılmalıdır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.