Vladimir Leninin cəsədinin Qırmızı meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil.
Elchi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin hazırda belə bir planının olmadığını bildirib.
Peskov əlavə edib ki, 2024-cü ildə Sovet liderinin vəfatının 100-cü ildönümündə cəsədin çıxarılması barədə qərar verilə bilər.





