Yanvarın 10-da ABŞ-Rusiya görüşünün, yanvarın 12-də Rusiya və NATO-nun, yanvarın 13-də işə AB-nin də daxil olduğu geniştərkibdə görüşün keçiriləcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının sözçüsü məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi yanvarın 10-da keçiriləcək görüşü təsdiqləyərək təhlükəsizlik tələblərini müzakirə etməyin planlaşdırıldığını bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının təmsilçisi qeyd edib ki, Rusiya öz narahatlığını masaya qoya bilər, ABŞ da Rusiyanın fəaliyyəti ilə bağlı narahatlığını müzakirə edəcək.





