İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişəcək.
Elchi.az-ın məlumatına görə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər
-Zeynalov Vüqar Eldar oğlu
– Abddulayeva İlhamə Xanlar qızı
Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş
-Əliyev Azər Ruslan oğlu
– Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş
-Yusifova Sevil Şərif qızı
-Mansurova Zərəngiz Dəmirçi qızı






