Operativ Qərargahın bütün qərarları elmi tədqiqatlara əsaslanır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, Omicron ştamının yayılması narahatlıq doğurur.
O diqqətə çatdırıb ki, son həftələr ərzində bəzi Avropa ölkələrində məhdudiyyətlər tətbiq olunur.






