Respublikada koronavirusla bağlı vəziyyəti stabil qiymətləndiririk.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, ümumi olaraq respublikada vəziyyət stabildir və nəzarət altındadır: “Bugünkü stabil vəziyyəti vaxtında qəbul edilmiş doğru qərarlara borcluyuq”.






