"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda havanın ən çirkli olduğu ərazi açıqlanıb

29 Dekabr 2021 - 14:40
in SOSİAL

“İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciət daxil olub”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

O bildirib ki, araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib: “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs öhdəsinə düşəni etməlidir. 11 qaz qarışığı üzrə araşdırma aparılır. Ən çox çirklənmə Lökbatan dairəsində olub. Çünki orada nəqliyyat sıxlığı müşahidə olunur”.

U. Tağıyeva bildirib ki, gündəlik olaraq atmosfer havasına müxtəlif mənbələrdən-sənayedən, nəqliyyatdan və s. birbaşa azot 4-oksid, azot 2-oksid, kükürd qazı, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etil benzol, toluol, kselol kimi qaz birləşmələri atılır: “2021-ci ildən avtomatik rejimdə çalışan beş stansiya və bir səyyar laboratoriyanın imkanları hesabına havaya atılan qaz qarışıqları və toz hissəcikləri üzrə fasiləsiz monitorinq sistemi yaradılıb. Hazırda Bakıda, Sumqayıt və Gəncə şəhərlərində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və Avropa İttifaqının təcrübələri nəzərə alınaraq insan sağlamlığı üçün zərər verə biləcək çirkləndiricilər təyin olunmağa başlayıb. 2021-ci il ərzində avtomatik stansiyadan əldə olunmuş məlumatlara əsasən, ilin isti dövründə qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin qatılıqlarının nisbətən yüksək olduğu müəyyən edilib. Həmin dövrlərdə temperaturun yüksəlməsi, dayanıqlı hava şəraitinin tez-tez müşahidə olunması və digər meteoroloji parametrlər avtonəqliyyatdan və sənaye müəssisələrindən atılan tullantıların havada uzun müddət qalmasına şərait yaradıb və atmosfer havasının keyfiyyət göstəricilərin aşağı düşməsinə səbəb olub. Sentyabr ayından başlayaraq isə yağıntılı günlərin sayının artması həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin konsentrasiyalarının nisbətən azalmasına və keyfiyyət göstəricilərinin yüksəlməsinə gətirib çıxarıb”.

U.Tağıyevanın sölərinə görə, Bakı şəhərinin inzibati rayonları üzrə il ərzində əldə edilmiş məlumatların qiymətləndirilməsi göstərir ki, Bakıda azot 4-oksid və kükürd qazının orta illik qatılığı normadan 1.2 dəfə çox olub: “Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2020-ci il ərzində stasionar mənbələrdən və avtonəqliyyatdan ölkə ərazisinin atmosfer havasına 808 min ton çirkləndirici maddə atılıb. Bu çirkləndiricilərin 147 min tonu stasionar mənbələrin, 661 min tonu isə avtonəqliyyatın payına düşür. Ölkə ərazisində hibrid avtomobillərin geniş miqyasda istifadəsinin təşviqi məqsədilə yeni qaydalar tətbiq edilir, belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir. Belə tədbirlər atmosfer havasının vəziyyətinin yaxşılaşmasına xidmət edəcək”.

O bildirib ki, bu il Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkət etdiyi prospekt və küçələrdə – Neftçilər pr., Dərnəgül şosesi, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan-Sumqayıt yolunda səyyar laboratoriya vasitəsilə hava keyfiyyətinin operativ şəkildə monitorinqi həyata keçirilib. Nəticələrə əsasən, çirkləndiricilərdən azot-4 oksidin, dəm qazının, dispers toz hissəciklərinin yol verilən qatılıq həddindən çox olduğu müəyyən edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə nümayəndə heyəti azad olunmuş ərazilərə səfər edəcək

Next Post

Azərbaycanda sosial ödənişlər üzrə xərclər 49% artıb

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Azərbaycanda sosial ödənişlər üzrə xərclər 49% artıb

Azərbaycanda sosial ödənişlər üzrə xərclər 49% artıb

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.