Yunanıstanın Krit adasında 6.1 bal gücündə zəlzələ olub.
Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar İraklion şəhərindən 89 km aralıda baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.




