Azərbaycan Respublikasının xarici işlər naziri öz həmkarları ilə Azərbaycanda və onun hüdudlarından kənarda 80-dan çox görüş keçirib.
Elchi.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bildirilib ki, 2021-ci ildə 16 ölkənin xarici işlər naziri ölkəmizə səfər edib.
Cari ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda Səfirlikləri təsis edilib.






