“Barselona”nın daha üç futbolçusu koronavirusa yoluxub.
Bunu İspaniya nəhənginin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, bu dəfə müdafiəçi Samuel Umtiti, yarımmüdafiəçilər Qavi və Usman Dembelenin testi pozitiv nəticələnib. Futbolçuların səhhəti yaxşıdır və onlar evdə təcrid olunublar.
Bununla “Barselona”da koronavirusa yoluxan futbolçuların sayı 7-yə yüksəlib. Daha əvvəl Klemen Lanqle, Dani Alveş, Jordi Alba və Alexandro Baldenin testi pozitiv çıxıb.






