Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 3 576 min barel azalaraq 419 994 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 233 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları ardıcıl beş həftədir azalır.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.






