Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edəcək.
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsi daxil edilib.
Milli Məclisin sədri Sahibə Qafarova dünya azərbaycanlılarına müraciətin mətninin hazırlanması üçün komissiya yaradılmasını təklif edib.
Komissiyanın sədri Fəzail İbrahimli, üzvləri Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev olublar. Spiker deyib ki, komissiya işinə başlaya bilər: “Biz hər il dünya azərbaycanlılarına həmrəylik günü münasibətilə müraciət edirik”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




