Rusiya Prezidenti Vladimir Putinlə fələstinli həmkarı Mahmud Abbas arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, liderlər Fələstin məsələsini müzakirə edib.
Hər iki tərəf “Fələstin və İsrail arasında konstruktiv danışıqların “Yaxın Şərq dördlüyü”nün (Rusiya, ABŞ, Avropa İttifaqı, BMT) himayəsi altında mümkün qədər tez bərpa edilməli olduğunu vurğulayıb.




