İtaliyada 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
İtaliya Futbol Federasiyasının (FİGC) təsis etdiyi mükafata Federiko Kyeza layiq görülüb.
Yığmanın və “Yuventus”un vingeri milli komandanın qeydiyyatdan keçmiş azarkeşləri arasında səsvermənin qalibi olub. 8 mindən artıq respondentin qatıldığı sorğuda səslərin 46 faizini Kyeza toplayıb. “İnter”in yarımmüdafiəçisi Nikolo Barella 20, “Roma”nın müdafiəçisi Leonardo Spinatsola 14 faiz səs yığıb.
Qeyd edək ki, 24 yaşlı Kyeza yığmada keçirdiyi 37 matçda 4 qol vurub.






