Anomal istilər səbəbindən Avropanın yeraltı anbarlarından qaz istifadəsi rekord həddə azalıb.
Bu barədə “Gas İnfrastructure Europe” assosiasiyası məlumat yayıb.
Bildirilib ki, dekabrın 31-də anbarlardan cəmi 136.6 milyon kubmetr qaz vurulub ki, bu da son 10 ilin ən az istehlakıdır. Eyni zamanda, yeraltı anbarlara qaz vurulması hasilatı 2 dəfədən çox üstələyib.






