2-3 yanvar 2022-ci il tarixlərində Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə davam edən etiraz aksiyalarını yaxından izləyirik.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Biz dost Qazaxıstanın sabitliyinə önəm veririk. Ümidimiz qardaş qazax xalqının sülhü, əmin-amanlığıdır. Qazaxıstan rəhbərliyinin bu böhrandan çıxacağına tam inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək.
Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, – məlumatda bildirilir.





