NATO Ukrayna və Gürcüstana həllini tapmayan ərazi mübahisələrinə rəğmən ittifaqa üzvlüklə bağlı fəaliyyət planı təqdim etməlidir.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
“2008-ci ildə Gürcüstan və Ukraynaya NATO masası arxasında yer vəd etdik və sözümüzü yerinə yetirmək üçün fəaliyyət planı yaratmağın zamanı gəldi. Lazım gələrsə, NATO Nizamnaməsinin 5-ci maddəsinin yalnız Kiyev və Tiflisin nəzarətində olan ərazilərə şamil olunduğunu bəyan etməklə bunu edə bilərik”, – deyə Rasmussen bildirib.




