Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan prezidenti, eləcə də Rusiya və Ermənistan liderləri ilə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident KTMT üzv bəzi dövlət başçıları ilə telefon danışığı aparıb. Liderlər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər”, – məlumatda qeyd olunub.




