"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məmurların polis övladları…

29 Oktyabr 2014 - 11:30
in GÜNDƏM

69835_res_01Yüksək vəzifə sahibi olan məmurlarla bağlı məlumatlar hər zaman cəmiyyətin marağındadır. Nazirlər, komitə sədrləri, icra başçıları kimi yüksək çinli məmurlarının qohumları, övladları haqda tez-tez mətbuatda məlumatlar tirajlanır, onların gündəlik həyatı, tutduğu vəzifələr insanlar arasında müzakirə mövzusuna çevrilir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Müşahidə etsək görərik ki, ölkəmizdə məmur övladlarının böyük hissəsi polis və prokurorluq orqanlarında çalışırlar. Belə nəticəyə gəlmək olar ki, adi insanlar kimi məmurların bir çoxu da övladlarını hüquq mühafizə orqanlarında görməyi arzulayır.

Azvision.az bu dəfə məmur övladlarının hansı polis bölmələrində və prokurorluq orqanlarında işlədiklərini araşdırıb.

Bu günlərdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə rəis təyin olunub. Yeni təyinat alan polis polkovnik-leytenantı V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

İşdən azad olunan 8-ci Polis Bölməsinin rəisi Yaşar Həsənov isə Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi Münasib Həsənovun oğludur.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu və qardaşı oğlu hüquq mühafizə orqanlarında çalışır. Nazirin oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov isə Y.Camalovun qardaşı oğludur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu Emin Həsənov da polis orqanlarında çalışır. “Qaçqınkom” sədrinin oğlu zabit kimi məsul vəzifə tutur.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovunoğlu Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakimdir. Keçmiş rəisin oğlu 2001-2004-cü illərdə Respublika Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb.

2004-2007-ci illərdə isə Respublika Apellyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru işləyib. Daha sonra 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru vəzifəsini tutub. Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. O, hazırda da həmin vəzifədə çalışır. Keçmiş Təhsil naziri Misir Mərdanovun oğlu Rizvan Mərdanov polis zabitidir.

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayevbir vaxtlar prokukorluq orqanlarında çalışıb.

R.Babayev əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. Sonrada vəzifəsində uzaqlaşıb. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışır.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavinidir. Həmçinin nazirin qohumuArzuman Əliyev DİN Pasport İdarəsinin rəisi vəzifəsində işləyir.

Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov da yüksək çinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

Bir il öncə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə rəis təyin olunub. Rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur. 

Yasamal rayon Yol Polis şöbəsinin rəisi Elşad Məmmədov Milli Məclisin üzvü, deputat Elman Məmmədovun oğludur.

Qaradağ rayon 10-cu polis bölməsinin rəisi Xəlil Bayramov isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xətai rayon 34-cü polis bölməsinin rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin oğludur. Belə ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin bazası əsasında Pirallahı rayon Polis Şöbəsi yaradılıb və İ.Mehbalıyev ora polis rəisi təyin edilib. O, buna qədər Nərimanov rayon prokurorunun müavini işləyib. Lakin 2006-cı ildə prokurorluq orqanlarından uzaqlaşıb və 2008-ci ildə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə rəis təyin olunub.

Hazırda isə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə rəis gətirilib.
Bu ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. C.Əmirov buna qədər Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub. O, Vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Biznes imkanı: Azərbaycan beynəlxalq reytinqdə 10 pillə gerilədi

Next Post

Türkiyə Cümhuriyyətinin 91 yaşı tamam oldu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Türkiyə Cümhuriyyətinin 91 yaşı tamam oldu

NASA-nın raketi partladı - (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.