Bakıdakı Məktəb-Lisey Kompleksi bu gündən yenidən distant təhsilə keçib.
Elchi.az-ın məlumatına görə, koronavirusa yoluxma səbəbindən kompleksdə əyani dərslər 14 gün müddətinə distant tədrislə əvəz edilib.
Qeyd edək ki, ötən ilin noyabrında da Məktəb-Lisey Kompleksi distant tədrisə keçmişdi. Daha sonra Kompleksdə distant tədris müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin dekabrın 9-dan isə Kompleksdə dərslər əyani tədrisə keçmişdi.





