SSRİ-dən qalan heç bir ölkə müstəqil deyil. Yeganə istisna Azərbaycandır.
Elchi.az xəbər verir ki, bunu türkiyəli jurnalist Murad Özər deyib.
“Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə ayağa qalxıb. Qazaxıstan heç vaxt müstəqil olmayıb. Ermənistan Rusiyanın, Gürcüstan ABŞ-ın, Ukrayna AB-nin ətəyindən yapışaraq sağ qalmağa çalışır. Qərbə təslim olan diktaturaların qurulması arzu edilir. Yeganə çıxış yolu Türkiyə tipli müstəqillikdir. Ərdoğan təkcə Türkiyə üçün deyil, Asiya və Yaxın Şərq üçün də həll yolu deməkdir”, – deyə Özər bildirib.
Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Türkiyə ilə qurduğu yaxın əlaqələr olmasaydı, bu gün də eyni qapalı rejim davam edəcəkdi:
“Qazaxıstan, Türkmənistan və Qırğızıstan heç vaxt Rusiyanın nəzarətindən çıxmayıb”.





