"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş hücum

29 Oktyabr 2014 - 11:49
in CƏMİYYƏT

Nazirlik Azərbaycana yararsız və qanunsuz dərmanların hansı ölkələrdən gətirildiyini niyə ifşa etdi?

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

1414483866_01-300x225Dünyada elm, texnika, səhiyyə inkişaf etdikcə xəstəliklərin sayı da artır. Bu günümüzdə də tibb aləminin çarəsini tapmaqda aciz qaldığı xəstəliklər var. Bəzi xəstəlikləri isə dərdimizə əlac etmək üçün qəbul etdiyimiz dərmanlar vasitəsilə qazanırıq.
Bu gün respublikamızdakı apteklərin əksəriyyətində dünyanın bir çox ölkələrindən gətirilən dərmanlar satılır. Ölkə əhalisinin əksər hissəsinin imkansız olduğunu və bundan istifadə etmək istəyən işbazlar isə daha çox şərq ölkələrindən ucuz dərmanlar idxal etməyə üstünlük verirlər. Avropa ölkəri istehsalı olan dərmanlardan bir neçə dəfə ucuz olan həmin dərmanlar isə çox vaxt heç bir müsbət təsir göstərmir.
Tam əksinə, belə dərmanlar bir çox hallarda vətəndaşların həyatını və sağlamlığını təhdid edən əsas vasitəyə çevrilir. Bunun qarşısını almaq üçün isə ilk növbədə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyindən böyük gözləntilər var.
Bu mənada Səhiyyə Nazirliyinin iki gün əvvəlki açıqlamasını təqdirlə qarşılamaq lazımdır. Belə ki, Şirəliyevin nazirliyi Azərbaycana yararsız və qanunsuz dərmanların ən çox gətirildiyi ölkələrin siyahısını açıqlayıb.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib ki, ölkəyə yararsız dərmanlar müxtəlif ölkələrdən – Türkiyə, Rusiya, Polşa, Rumıniyadan gətirilir.
Onun sözlərinə görə, Azərbaycanda həmin dərmanlar dövlət qeydiyyatına alınmır. Müxtəlif dərman preparatlarının Azərbaycana idxal olunması üçün ilk olaraq yoxlanıldığını, qeydiyyat prosesinin aparıldığını deyən P.Əzizbəyov qeyd edib ki, bundan sonra onların hansı qutu formasında, yazıda, dildə idxal olunması təsdiqlənir: “Bir də görürsən ki, hansısa ölkənin daxili bazarı üçün istehsal olunmuş dərman qanunsuz olaraq Azərbaycana gətirilir və bu da dövlət qeydiyyatından keçirilmir. Belə dərmanlar Türkiyə, Rusiya, Avropa ölkələrindən – Polşa, Ruminiyadan gətirilir. Bunlar digər ölkələrin bazarı üçün istehsal olunur və Azərbaycan bazarı üçün qeydiyyatdan keçməyən halda satışa çıxarılır. Belə hallar aşkar olunduğu halda, onlar satışdan çıxarılır”.
Nazirlik rəsmisi qeyd edib ki, dövlət qeydiyyatından keçməyən və analiz protokolu olmayan dərmanlar yararsız dərmanlar hesab olunur. Hindistandan gətirilən dərmanlarla bağlı vəziyyətə də aydınlıq gətirən P.Əzizbəyovun sözlərinə görə, bu gün Hindistan dərmanları bazarda olan dərman preparatlarının təxminən 4%-ni əhatə edir: “Bu preparatlar da ÜST-nın standartları əsasında zavodlarda istehsal olunan dərmanlardır. Bir neçə il öncə Hindistan dərmanları bazarda çoxluq təşkil edirdi. Amma görülən işlər nəticəsində yalnız sertifikatlı dərmanların ölkəyə idxalına icazə verilib ki, bu da qeydiyyatda olan preparatların 4-5 %-ni təşkil edir”.
Ekspertlər Səhiyyə Nazirliyinin bu açıqlamasını “dərman mafiyası”na ciddi zərbə hesab edir və eyni zamanda bunun tezliklə əhalinin sağlamlığı hesabına qaz vurub qazan doldurmaq istəyənlərə qarşı növbəti ciddi tədbirlər görülə biləcəyinin anonsu sayırlar.
Hələ bir il əvvəl mətbuat yazırdı ki, Azərbaycanda dərman istehsal etmək üçün maraq göstərən xarici şirkətlər də var. Hətta Səhiyyə Nazirliyinə İngiltərə, Misir, Türkiyə şirkətləri və digər ölkələrin şirkətləri Azərbaycanda dərman istehsal etmək üçün zavod açmaq üçün müraciət edib. Amma hələlik bu istiqamətdə konkret nəticə yoxdur. Hər bir halda ölkəyə dərman istehsalı üzrə çağdaş texnologiyalar gətirməklə bu təbii qaynaqları insanların sağlamlığına xeyir verəcək hala gətirmək lazımdır.
Bir sözlə, Səhiyyə Nazirliyi sözügedən istiqamətdə səylərini artırmalı, “dərman mafiyası”nın çöküşünü sürətləndirəcək daha təsirli addımların atılmasına çalışmalıdır. Düzdür, bu müəyyən işbazların əllərindəki təsir imkanlarını adıçəkilən nazirliyə və nazirliyin rəhbərliyinə qarşı yönəltməsinə də səbəb ola bilər. Amma bu Şirəliyevi və onun nazirliyini çəkindirməməlidir.
Axı vətəndaşların sağlamlığı hər şeydən əvvəl gəlir. Ələlxüsus da kimlərinsə qanunsuz yollarla varlanmaq niyyətlərindən!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda maskalılar məşhur mağazanı qarət etdi

Next Post

Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

Avetiyan: “Ermənilər kimi qoyun millət dünyada yoxdur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.