ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-a səfər qaydası ilə bağlı məlumat yayıb.
Səfirliyin Tvitter hesabındakı paylaşımda qeyd olunur:
“Əgər səyahət edirsinizsə və bu yaxınlarda COVİD-19-dan sağalmısınızsa, uçuşdan 90 gün əvvəl verilmiş müsbət viral testi və lisenziyalı tibb işçisi və ya ictimai səhiyyə işçisindən səyahət üçün icazə aldığınızı bildirən məktubu göstərə bilərsiniz”.




