Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qasım-Jomart Tokayev yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının videokonfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Prezidentlərin danışığı zamanı Qazaxıstandakı vəziyyət müzakirə olunub. Tokayev bildirib ki, hazırda vəziyyət sabitləşməyə doğru gedir.
Tərəflər görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparıb.




