"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ƏSASSIZ ERMƏNİ İDDİALARINI TARİXİ FAKTLARLA SÜBUTA YETİRƏN KİTAB RUS DİLİNDƏ ÇAPDAN ÇIXIB

10 Yanvar 2022 - 15:37
in XƏBƏR LENTİ

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi   tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” kitabı rus dilinə tərcümə edilərək çapdan çıxıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Армянские инсинуации и исторические факты. Вопросы и ответы” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabını Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva tərcümə edib.

Akademik G.Baxşəliyeva “Armenian allegations and historical facts. Questions and answers” kitabını 2016-cı ildə Azərbaycan dilinə tərcümə edərək geniş oxucu kütləsinə çatdırmışdı. İndi isə erməni saxtakarlığı barədə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün əsər akademik G.Baxşəliyeva tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilib.

Erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilən kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. İlk sual belə qoyulur: “Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi?”. Burada ermənilərin İncildə Nuh nəzəriyyəsi, Urartu nəzəriyyəsi, Frakiya-Frigiya nəzəriyyəsi, Cənubi Qafqaz nəzəriyyəsi, Turan nəzəriyyəsi açıqlanır və onların hər birinin əsassız olduğu konkret faktlarla isbat edilir. Eyni zamanda ermənilərin bu nəzəriyyələri ilə özlərinin bir-birinə zidd getmələri tam aşkar göstərilir.

İkinci sualda soruşulur: “Türklər ermənilərin ərazilərini gücləmi ələ keçiriblər?”.  Bu iddiaların da əsassız olduğu sübuta yetirilən kitabda ermənilərin zəif olaraq, həmişə münaqişədə olduqları güclü qonşular tərəfindən köçürüldükləri, onların torpaqlarının Osmanlı türklərinin zəbt etməmələri, daha öncə digər xalqlar tərəfindən işğal olunduqları göstərilir.

Üçüncü sual: “Türklər tarix boyu ermənilərə hücum edib, incidiblərmi?”. Bu iddialar da, Volter, Filip Marşal Braun, Politis, Arnold, German Bronsart, Sebastiani kimi görkəmli tarixçilərin, siyasətçilərin, diplomatların konkret sitatları ilə təkzib edilir.

Dördüncü sual: “Doğrudanmı türklər 1890-cı ildən başlayaraq erməniləri məhv etməyə çalışırdı?”. Burada da ermənilərin Anadolu ərazisində firavan yaşamaları, lakin terroru əsas silahlarına çevirən erməni siyasi qüvvələrinin üsyanlar, etirazlar yolu ilə qərbin diqqətini guya türklərin onlara münasibətlərinin dözülməz olduğunu göstərməyə yönəltdikləri göstərilir.

5-ci hissədə “genosid” termininin mənası açıqlanır, sonrakı hissələrdə də “Türklər 1915-ci ildə planlaşdırılmış və sistematik erməni qətliamı törədiblərmi?”, “Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi?”, “Birinci Dünya müharibəsi” dövründə 1,5 milyon erməni həlak olmuşdur?”, “Sevr müqaviləsi hələ də qüvvədədirmi?”, “Türkiyədə yaşayan ermənilərin şəraiti necə idi?”, “Türkiyə və Ermənistan arasında indiki münasibətləri necə təsvir etmək olar?”, “Türkiyə və Ermənistan arasında birgə keçmiş ilə bağlı dialoqun hansı perspektivləri var?” suallarının tutarlı cavabları verilir.

Kitabda daha sonra 1973-1986-cı illəri əhatə edən ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı verilir.

Növbəti təqdim edilən material türk, Osmanlı və Yaxın Şərq araşdırmaları ilə ixtisaslaşan amerikalı alimlərin ABŞ konqresinin erməni soyqırımı ilə bağlı 192 saylı qətnaməsinə cavab olaraq 1985-ci ildə imzaladıqları bəyanatdır.

Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.

Vüqar Məmmədov,

AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru.

Əlaqə:

(012) 539 23 51

(050) 252 04 73
(055) 644 99 87
azerb.sharq@gmail.com

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MEK-ə Qarabağ Azadlıq Təşkilatı və Folklor İnstitutundan nəşrlər daxil olub

Next Post

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.