"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Atalarını bitirən “avtoş” oğullar: Bərdə RİH başçısının müavini, Mübariz Mədətov və digərləri…

29 Oktyabr 2014 - 15:57
in CƏMİYYƏT

Biri maşınla adam öldürür, o biri sərxoş vəziyyətdə yola çıxır…

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

12413-300x225Son bir neçə ildə məmur övladlarının qudurğanlığı, avtoşluq hekayələri cəmiyyətin müzakirə mövzusudur. Elə ay olmur ki, hansısa yüksək çinli məmur övladının törətdiyi qəza, avtoxuliqanlıq, qanlı dava hadisəsi ilə bağlı mediada xəbər yer almasın. Artıq bu hadisələrin bəziləri məhkəmə iclaslarına daşınıb, bəziləri isə ciddi kriminal hadisə kimi arxivlərdə yer alıb.

Bunlardan ən çox səs-küy törədəni heç şübhəsiz ki, 2013-cü ilin martında Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi oldu. Hava limanı istiqamətində hərəkətdə olan “Mercedes Galendewagen” markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu “VAZ 2106″ markalı minik maşınına çırpıldı. Qəza nəticəsində ”VAZ 2106″ da olan sərnişinlər, xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Araşdırma aparılarkən məlum olub ki, qəzaya səbəb “Mercedes”in sürücüsü Xalid Mədətovun həddən artıq sərxoş vəziyyətdə sükan arxasına oturması və sürət həddini aşması olub. Həmçinin o da aydın olub ki, qəza törədən Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra edən Mübariz Mədətovun oğludur.
X.Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.
***
2014-cü ilin aprel ayında Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobilin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DİN-də işləyən Həsənov Turaldır.  Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu.
Oktyabrın 15-də Bərdə rayonunda yol qəzası baş verib. Sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan “VAZ 21 015″ markalı avtomobili arxadan vurub. Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. ”VAZ 21 015″in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. Məmur oğlu rayonda avtoş kimi tanınır. Yerli polis hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra başçısının müavini İlham Məmmədovun oğludur. Hadisədən sonra o da postundan uzaqlaşdırıldı.
Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər. Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar.
Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, “olmaz” sözünü az qala gündəlik lüğətdən çıxarırlar. Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır.
Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir. Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə Cümhuriyyət Günü tədbirlərini ləğv edildi

Next Post

Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir – (Fotolar)

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir - (Fotolar)

"Azərbaycan Ermənistanla sərhədləri açar, əgər..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.